BolgeXeber.Com » Sosial » Uşağa neçə yaşında telefon almaq olar? (VİDEO)

Uşağa neçə yaşında telefon almaq olar? (VİDEO)

27-02-2019, 16:01
Oxunub: 3 770 Uşağa neçə yaşında telefon almaq olar? (VİDEO)Araşdırmalar təsdiqini tapıb ki, müasir dövrdə insanların həyatında əvəzsiz cihaza çevrilən mobil telefonlar istər-istəməz uşaqların da həyatına elə valideyinlərinin əli ilə daxil olur.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Uşaq: "Evdə alıblar ad günüm üçün düşünürlər maneçilik törədə bilər amma mən belə düşünmürəm hər şey insanın özündən aslıdır”.

Uşaq: "Evdəkilərin telefonudur. Məktəbdə, taksiyə zəng vurmaq üçün və ya oyun oynayıb, "Youtub”a girmək üçün istifadə edirəm”.

Böyüklər uşaqların telefona olan marağından narazı olsalar da, texnologiya əsrində bunun qarşısını almaqda çətinlik çəkirlər.

Həkimlər həyəcan təbili çalır: Uşaqların mobil telefonlardan erkən yaşda istifadə etməsi ciddi təhlükələrə gətirib çıxara bilər. Bunun fiziki sağlamlığa təsiri ilə yanaşı, mənəvi təsiri də böyükdür. Uşaqların şəxsiyyətinin formalaşdığı dövrdə mobil cihazlardan istifadə onların inkişafına mənfi təsir edə bilər.

Nərmin Salayeva – Terapevt: "12-16 yaşa qədər mobil telefonların istifadəsi qadağan olunmalıdır . Onların yaydığı elektromaqnit dalğaları nitq qüsurlarına gətirib çıxara da biləcək, uşaqlarda göz xəstəliklərinə ən çoxda xərçəng xəstəliyinə məhz bu xəstəliklərin gələcəkdə fəsadların yaranmasına bir şərait yaradır”.

Münasib Quliyev - Ekspert: "Uşaq neçə yaşına kimi telefon istifadə edər deyə hər hansı bir çərçivə yoxdur. Valideyinlərin, biz uşaqlarımızla əlaqə saxlamaq üçün onlara telefon veririk iddiyası bir qədər arxa planda görünür. Çünki , bunun üçün sadə bir telefonda alıb, uşağın əlinə vermək olar. Faktlar var ki, bir çox avropa ölkələrində məktəblərdə ümumiyyətlə bahalı smartfonlardan istifadə etmək qadağan olunub”.

Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında açıqlayıb. Hesabatda bildirilirdi ki, 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşında uşaqların isə yalnız təcili durumlarda sadə telefonlardan istifadə etməsi məsləhət görülür.