BolgeXeber.Com » Şou-Biznes » Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı (VİDEO)

Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı (VİDEO)

28-02-2019, 14:19
Oxunub: 4 129 Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı (VİDEO)Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyarı qəza törədib.

Bolgexeber.com qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi "10 NF 022” dövlət nişanlı "Toyota” markalı avtomobili ilə idarəetməni itirərək "Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "Hyundai”a ciddi ziyan dəyib. Zəncirvari qəzaya səbəb olan N. Pişyarı dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.

Nazim qəza ilə bağlı bunları deyib: "Bir həftə bundan qabaq yağışlı havada evə gəlirdim. Vaxtında əyləci basa bilmədim, gedib maşına vurdum. O da başqası ilə toqquşdu, digəri də o biri maşınla... Zəncirvari qəza oldu. Həm öz maşınıma, həm də digərlərinə ziyan dəydi. Hamısını təmir etdirirəm. Maşınım icbari sığorta olunduğuna görə bunun üçün cəmi 5 min manat ödənəcək. Qalan bütün xərcləri özüm qarşılayıram. Şükürlər olsun ki, salamatlıqdır. Hadisə yerindən də qaçmamışam. Polis də hadisə yerinə gəldi, hər şey həll olunduqdan sonra məkandan uzaqlaşmışam”.