BolgeXeber.Com » Xəbərlər » Dünyasını dəyişən icra başçısını o əvəz edir

Dünyasını dəyişən icra başçısını o əvəz edir

28-02-2019, 14:20
Oxunub: 1 639 Dünyasını dəyişən icra başçısını o əvəz edirDörd gün öncə evində qəfildən dünyasını dəyişən icra başçısını birinci müavini əvəz edir.

Bu barədə Axar.az-ın sorğusuna Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hazırda başçının səlahiyyətlərini icra başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmmədov Arzu Alay oğlu icra edir.

Qeyd edək ki, Naftalan Şəhər İcra hakimiyyətinin başçısı Rövşən İbrahimov 24 fevral tarixində evində dünyasını dəyişib. Qonşularının verdiyi məlumata görə, ölümə səbəb dəm qazı olub. İcra başçısının ölümü ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.