BolgeXeber.Com » Dünya » Bəşər Əsədin sonu çatır.

Bəşər Əsədin sonu çatır.

19-03-2013, 09:30
Oxunub: 4 350 Daha 21 hərbçi müxalifətin tərəfinə keçibSuriyada Bəşər Əsəd rejiminə bağlı qüvvələrdən atışlar davam edir. 20-dən çox əsgər yenidən müxalifətçilərin sıralarına keçib. Onlar Əsəd ordusunda xidmət edən əsgələrin ruh yüksəkliyinin çox aşağı səviyyədə olduğunu bildirib.
Strateji araşdırmalar institunun hesabatına görə, Suriyada münaqişə başlamazdan əvvəl Əsəd rejiminə bağlı 300 min əsgər var idisə, hazırda bu rəqəm 50 minə düşüb.
Bu arada, Suriyada dəhşətli görüntülər yayımlanıb. Həvəskar kamera vasitəsilə çəkilən görüntülərdə ordu qüvvələrinə məxsus tank küçələri bombalayır, dinc sakinləri hədəf alır.

Digər kadrlarda isə Xoms şəhərində yaşanan təşviş lentə alınıb. Qorxuya səbəb isə hava qüvvələrinə məxsus təyyarələrin şəhərə bombalar yağdırmasıdır. Partlayış səsləri arasında küçələrdə insanlar həyatda qalmaq üçün mübarizə aparırlar.

Bundan başqa ölkənin Rakka şəhərində Azad Suriya Ordusunun əsgərləri ordu qüvvələrinə məxsus zirehli avtomobil partladıb.

pia.az