XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötürBu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür.

"Report" xatırladır ki, ölkə 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib.

BMT Baş Məclisinin həmin gün keçirilən 46-cı sessiyasında Azərbaycanın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda BMT-nin mənzil qərargahının qarşısında qaldırılıb. Həmin ilin may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycan 155 dövlətin dəstəyini alıb. Azərbaycan 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib.
Bölmə: Siyasət | 02 mart 2019 09:28 | Baxış sayı: 50





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: