BolgeXeber.Com » Sosial » Problemli kredit sahiblərinin adı “qara siyahı”dan çıxarılacaq?

Problemli kredit sahiblərinin adı “qara siyahı”dan çıxarılacaq?

2-03-2019, 10:24
Oxunub: 3 541 Problemli kredit sahiblərinin adı “qara siyahı”dan çıxarılacaq?Ekspert həmçinin bildirib ki, fərmanla kommersiya banklarının maliyyə vəziyyəti yaxşılaşdığından, növbəti mərhələdə onların özləri kredit öhdəliyi 10 min dollardan yuxarı olan vətəndaşlara müxtəlif güzəştlər tətbiq edə bilərlər

"Prezidentin problemli kreditlərlə bağlı fərmanı kredit götürənlərə güzəşt və kompensasiya ödənilməsini təmin etdiyi üçün nəticədə həmin şəxslərin adlarının "qara siyahı”dan çıxarılmasına və gələcəkdə yenidən kredit ala bilmələri üçün imkanların yaradılmasına ehtiyac var”.

Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, bununla bağlı təkliflər veriblər: "Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası yeni mexanizm hazırlayıb təqdim edəcək. Bu mexanizmin 15 gün ərzində hazırlanması nəzərdə tutulub. Əslində bu amnistiyadır və güman olunur ki, gecikmələri çox olmayan vətəndaşların adlarının "qara siyahı”dan silinməsinə da gətirib çıxaracaq. Düzdür, fərmanda bu maddə əks olunmayıb, çünki fərman sırf kompensasiyanın verilməsi ilə bağlıdır. Amma bununla bağlı təkliflərimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka vermişik. Güman edirik ki, təkliflər qəbul ediləcək.Fərman müvafiq olaraq həmin şəxslərin adlarının "qara siyahı”dan çıxarılması üçün hüquqi baza da formalaşdırır. Hər halda biz bu məsələnin hökumət səviyyəsində qəbul edilməsi istiqamətində ekspert icması olaraq fəaliyyətimizi davam etdirəcəyik”.

Ekspert həmçinin bildirib ki, fərmanla kommersiya banklarının maliyyə vəziyyəti yaxşılaşdığından, növbəti mərhələdə onların özləri kredit öhdəliyi 10 min dollardan yuxarı olan vətəndaşlara müxtəlif güzəştlər tətbiq edə bilərlər:


"3 ay ərzində 10 min dollara qədər krediti olan vətəndaşlara kompensasiya ödəniləcək. Lakin sonrakı mərhələ üçün indidən nəsə demək çətindir. Bu fərman kommersiya banklarına maliyyə vəziyyətlərini yaxşılaşdırmaq imkanı verdiyi üçün digər krediti olan vətəndaşlarımıza da onlar tərəfindən güzəştlər tətbiq edilə bilər.

Problemli kreditlər həll olunduğuna görə kommersiya banklarının 10 min dollardan artıq kredit öhdəliyi olan vətəndaşlarımıza da güzəşt etmək imkanları olacaq və düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da bankların bu istiqamətdə fəaliyyətini genişləndirəcək.Biz təklif edirik ki, kredit öhdəliyi 10 min dollardan 25 min dollara qədər olan vətəndaşlar üçün faizlərin silinməsi və daha aşağı faizlə kreditlərin verilməsi tətbiq olunsun.25 min dollardan 50 min dollara qədər kreditləri olan vətəndaşlarımız üçün isə faizin silinməsi deyil, azaldılması mexanizmi tətbiq oluna bilər”.