BolgeXeber.Com » İdman » "Real" yoxsa "Barselona"? - 3 gündə 2-ci "El-Klassiko"

"Real" yoxsa "Barselona"? - 3 gündə 2-ci "El-Klassiko"

2-03-2019, 12:52
Oxunub: 3 665 "Real" yoxsa "Barselona"? - 3 gündə 2-ci "El-Klassiko"Bu gün İspaniyada növbəti "El-Klassiko" keçiriləcək.

Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, 3 gün öncə kubokun yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələn "Real" və "Barselona" klubları bu dəfə La Liqanın 26-cı turunda qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:45-də start götürəcək görüşü Alberto Undiano Malenko idarə edəcək. Matç "Santyaqo Bernabeu" stadionunda oynanılacaq.

Qeyd edək ki, hazırda "Barselona" 57 xalla turnir cədvəlinə başçılıq edir. 48 xalı olan "Real" isə 3-cü pillədədir.