BolgeXeber.Com » Xəbərlər » Güclü külək, buludlu, çiskinli... - SABAHIN HAVAsı

Güclü külək, buludlu, çiskinli... - SABAHIN HAVAsı

2-03-2019, 13:57
Oxunub: 1 639 Güclü külək, buludlu, çiskinli... - SABAHIN HAVAsıSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə saatlarında çiskinli olacağı ehtimalı var.

Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Xəbərdarlıq

Martın 03-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s,

arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 03-ü gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin

əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 03-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.