XƏBƏR LENTİ
Navalnı azad edildi
23 avqust 12:23
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)

Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)"Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlar əziyət çəkirlər"

Bolgexeber.com-un poçtuna bir neçə Ucar sakini tərəfindən şikayət məktubu daxil olub. Ucar Elektirik Şəbəkəsinin müdirindən şikayət edən sakinlər yazırlar:

"Bu şikayət ərizəmizdə yazıb bildirirk ki, Ucar Elektirik Şəbəkəsinin müdirinin yaratdığı laqeyidliyin, səriştəsizliyin, qanunsuzluğun nəticəsində bizə ziyanlar dəymiş.İri və xırdabuynuzlu heyvanlarımız yerə axan elektirik cəryanı vurması nəticəsində tələf olmuşdur.

Mən Ucar rayonu Bərgüşad kənd sakini Nəsiyev Azər Atəş oğlu mənim oğlum Nəsiyev Nuruş Qrabağın azadlığı uğrunda gedən aprel döyüşlərində iştirak edib ağır xəsarət alıb əlil olub.

Belə ki, oğlum Nuruşun toyum üçün həyətimizdə min-bir zəhmətlə bəsləyib böyütdüyümüz erkək dana otlayan zaman onu həyətyanı sahəmizdə olan trasmavatorun nasazlığından yerə axan elektirik cəryanı öldürdü.Bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, həmin tasmarvator nasaz vəziyyətdə olsada təmir edilməyib nəticədə də elektirik cərəyanı yerə axır.Bu özbaşınalığın nəticəsində nəinki heyvanlar həttda insanlarda ölə bilər.Bu barədə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimova ərizə ilə müraciət etdim.Şahmar İbrahimov mənə kobud cavab verərək dedi ki, "get hara istəyirsən şikayət et. Hərə pul verib gedib özünə bir əlil veteran vəsiqəsi alıb gəlib burada düşür bizim canımıza." Elektirik cəryanı vurması nəticəsində tələf olmuş dananın qiyməti 1200 manat edirdi.

Mən Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu kasıbçılıqla borc edib aldığım inəyim 18.02.2019-cu il tarixdə qırılaraq yerə düşmüş elektirik xəttindən yerə axan elektirik cərəyanı öldürdü. Daha sonra şikayətçi Bolgexeber.com-a yazır ki, bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, mən elektirik xəttini qırılması barədə dərhal Ucar Elektirik Şəbəkəsinə zəng edib məlumat versəmdə heç bir tədbir görülmədi.Az qala ki, hadisə nəticəsində elektirik enerjisi insanlarıda vurub öldürə bilərdi.Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov mənə deyir ki, mən sənə inək alıb verən deyiləm canın çıxsın inəyini qoruyardın.Mən kasıb adamam inəyim ölüb körpə balası yetim qalıb.Zülmlə əziyyətlə işləyib bir az pul qazanıb bir azda borc edib bu inəyi almışdım.Ucar Elektirik Şəbəkəsinin müdirinin səhlənkarlığı nəticəsində inəyimi elektirik enerjisi vurub öldürdü.
Mən Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu yerə axan elektirik cərəyanı vurması nəticəsində özüm xəsarət aldım bir baş qoyunum isə tələf oldu. Rayon ərazisində istifadəyə yararsız elektirik dirəkləri, xəttləri insanların özlərinə və təsərrüfatlarına ciddi ziyanlar vursada qarşısın alan yoxdur.Yəqin gözləyirlər ki, elektirik cərəyanı insanları vurub məhv etsin ondan sonra tədbir görüləcək.

Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlar əziyət çəkirlər.Biz Ucar rayon sakinlərinə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun qanunsuzluğu nəticəsində ziyan dəyib.Ucar rayonunda çoxlu sayda qəza vəziyyətində olan elektirik dirəkləri var. Şahmar İbrahimovun başı fermer təsərrüfatına qarışıb iş yaddan çıxıb. Ucarın Şahlıq kəndində böyük fermaları ar.Onun korrupsiya əməllərinin ciddi araşdırlmasına zərurət var.
Azərbaycan Respublikasının Przidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Şahbazova müraciət edib xahiş edirik bu şikayət ərizəmizi bizim iştirakımızla yerində obyektiv araşdırb korrupsiyaya qurşanmış Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun barəsində ciddi tədbirlər görəsiniz.Xahiş edirik tapşırıq verin Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov bizə vurduğu ziyanları ödəsin.

1. Ucar rayonu Bərgüşad kənd sakini aprel döyüşləri zamanı əlil olmuş Nəsiyev Nuruş Azər oğlu

2. Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu
3. Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandrmağa hazırıq!
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Ucar Elektrik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan ŞİKAYƏT(FOTOLAR)
Bölmə: Gündəm | 04 mart 2019 14:10 | Baxış sayı: 378





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: