XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Quaydo Venesuela hökumətinə: "Məni həbs etsəniz..."

Quaydo Venesuela hökumətinə: "Məni həbs etsəniz..."Venesuela müxalifətinin lideri Xuan Quaydo onun ölkəyə qayıdan zaman həbsinin Maduro hökumətinin “ən sonuncu səhvlərindən” ola biləcəyini bildirib.

TASS-ın məlumatına görə, bu barədə o, “Periscope” sosial şəbəkəsində canlı yayımda danışıb.

Ölkə hüdudlarından kənarda olan Quaydo martın 4-də Venesuelaya qayıdacağını vurğulayıb. O, Venesuela sərhədini keçən zaman saxlanılacağı təqdirdə əhalinin səfərbərliyinə başlanılacağını diqqətə çatdırıb. Bundan başqa, “beynəlxalq müttəfiqlərinin belə olan halda atılacaq addımlarla bağlı konkret təlimatlarının” olduğunu dilə gətirib.

Bu arada, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da məsələyə münasibət bildirib. O, öz “Twitter” hesabında yazıb ki, müxalifət liderinin ölkəyə qayıtmasına qarşı yönəlmiş istənilən təhdidlər və ya addımlar ABŞ və dünya ictimaiyyətinin güclü cavabı ilə qarşılanacaq.
Bölmə: Siyasət | 04 mart 2019 14:58 | Baxış sayı: 115





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: