BolgeXeber.Com » İdman » Futbola pul xərcləyən şirkətlər vergidən azad olunacaq - Azərbaycanda

Futbola pul xərcləyən şirkətlər vergidən azad olunacaq - Azərbaycanda

5-03-2019, 10:12
Oxunub: 3 430 Futbola pul xərcləyən şirkətlər vergidən azad olunacaq - AzərbaycandaAzərbaycanda gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq

Bolgexeber.com xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib:
"Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq. Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdı".