BolgeXeber.Com » Media » Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdır

Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdır

5-03-2019, 14:27
Oxunub: 3 676 Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdırOmbudsmanın 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”, - deyən, millət vəkilinin sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb:

“Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.