BolgeXeber.Com » Ölkə » 8 Marta olan hava proqnozu açıqlandı

8 Marta olan hava proqnozu açıqlandı

5-03-2019, 16:07
Oxunub: 2 484 8 Marta olan hava proqnozu açıqlandı"Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq”.

Bu barədə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

"Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”.