BolgeXeber.Com » Xəbərlər » Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib
Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib
5-03-2019, 16:26
Oxunub: 1 864
Mədəniyyət naziri Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Azərbaycan böyük şairi İmaməddin Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib.
"Report" xəbər verir ki, nazir yaradıcı şəxslərə belə məsələlərə həssaslıqla yanaşmağı tövsiyyə edib.
O bildirib ki, nüfuzlu insanların, ədiblərin yaratdığı dahi əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlıdırlar, amma bu zaman keyfiyyətə ciddi nəzarət olmalıdır: "Hər bir insanın yaradıcılıq qabiliyyəti onun dünyagörüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur uğurlu alınır, bəziləri isə əksinə olur. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Ölkəmizin böyük tarixi, ədəbi, incəsənətlə bağlı olan mirası var. Bunun müasir şəkildə yeni formalarda təbliğinə maraqlıyıq. Amma yaradıcı insanlar bu işdə ciddi, məsuliyyətli olmalıdırlar".
Ə.Qarayev qeyd edib ki, televiziyalarda Bədii şuraların yaradılmasında maraqlıdırlar: "Heç olmasa bu işlərdə çərçivə müəyyən edilsin və ictimai nəzarət olsun. Çünki, Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə necə qadağa qoymaq olar. Yenə də deyirəm bu birbaşa insanların daxili mədəniyyətindən asılıdır".
Nazir böyük şair İmaməddin Nəsiminin məzarının Suriyanın Hələb şəhərindən Azərbaycana gətirilməsi ilə bağlı təkliflərə də münasibət bildirib: "Nəsiminin məzarınım yerləşdiyi yer müqəddəs hesab olunur. Biz vaxtı ilə həmin məzarın yenidən qurulması üçün müzakirələr aparmışdıq. Lakin oradakı toqquşmalar bu layihənin gerçəkləşməsinə imkan vermədi. Onun varisləri ilə ünsiyyəti hər zaman davam etdiririk".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə