BolgeXeber.Com » Dünya » ABŞ millisinin futbolçusu 6 aylıq hamilə olduğu halda məşq edir

ABŞ millisinin futbolçusu 6 aylıq hamilə olduğu halda məşq edir

5-03-2019, 18:32
Oxunub: 2 659 ABŞ millisinin futbolçusu 6 aylıq hamilə olduğu halda məşq edirABŞ milli komandasının və "Orlando Prayd" klubunun qadın futbolçusu Sidni Leru hamilə olduğu halda məşqlərə qatılır.

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu hamiləliyinin 6-cı ayında məşq edir.

O, uşaq üçün istənilən təhlükədən və fiziki təmasdan qaçdığını bildirib. Leru çox intensiv məşq etmədiyini və yalnız topla işlədiyini söyləyib: "Bədənimlə nələr edə biləcəyimi məndən yaxşı kim bilər? Hamiləliyin altıncı ayında məşq edəcəyimi düşünmürdüm, amma belə alındı".

Qeyd edək ki, Sidni Leru ABŞ millisinin əsas futbolçularından hesab olunur. O, 2015-ci ildə yığma ilə dünya çempionatının qalibi olub. Leru "Orlando Siti" komandasının futbolçusu Dom Duayerin həyat yoldaşıdır.