XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb

Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülübÖzbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, 2015-ci ildə Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyununda isə humanizm prinsipləri əsas götürülərək Gülnara Kərimova cəzası ev dustağlığı ilə əvəzlənib. Bu müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub.

Qeyd edilir ki, Gülnara Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.
Bölmə: Siyasət | 06 mart 2019 11:09 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: