XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qəzet kağızı və hazır çap məhsulları ƏDV-dən azad edilə bilər - Nazirlər Kabineti

Qəzet kağızı və hazır çap məhsulları ƏDV-dən azad edilə bilər - Nazirlər KabinetiNazirlər Kabineti Milli Məclis deputatlarının Azərbaycanda qəzet kağızı və hazır çap məhsullarının idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklifinə cavab verib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunub: “Hesab edirik ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir”.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə 2018-ci il 1 yanvar tarixindən rulonlarda və ya vərəq şəklində ölkəyə idxal olunan qəzet kağızına görə 0 faiz dərəcə ilə gömrük rüsumu müəyyən edilib.

Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub ki, həmin siyahıya qəzet kağızı və hazır çağ məhsulları daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bölmə: Media | 06 mart 2019 12:25 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: