BolgeXeber.Com » Xəbərlər » Binaları təhlükəyə atan kabab sevdası (VİDEO)

Binaları təhlükəyə atan kabab sevdası (VİDEO)

6-03-2019, 16:43
Oxunub: 2 975 Binaları təhlükəyə atan kabab sevdası (VİDEO)Binanın eyvanında kabab bişirmək, bəzi hallarda yanğınla nəticələnə bilər.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Mən buna heç yaxşı da baxmıram. Ona görə ən birincisi onun təhlükəsizliyi. İkincisi kababı siz yeyirsiz, bəlkə elə biri o kababı yeyə bilmir”.

Sakin: "Hər halda yaxşı hal deyil. Çünki iy çıxır”.

Eyyub Hüseyinov – AİB-in sədri: "Azərbaycanlılar kabab çəkəndilər. Xüsusən paytaxtda eyvanlarda kabab çəkilməsi məsələləri illər boyu olub. Bu heç bir cəhətdən düzgün deyil. 1-ci yanğın təhlükəsizliyi nöqteyi nəzərdən düzgün deyil. 2-ci ətraf mühiti çirkləndirməklə, his verməklə, 3-cüsü isə qonşulara mənfi təsir etməklə”.

Yaşayış binalarının eyvanlarında açıq oddan istifadə təhlükəsizlik baxımından yolverilməzdir. Xüsusən də küləkli havada .

Elmar Nurəliyev - Ekspert: "Külək ola bilər və bu közü digər eyvanlardan içəri sala bilər. Təzə tikilən binalarda və yaxud da köhnə binalarda bununla bağlı yer nəzərdə tutulmayıb. Yəni bunu ancaq həyət evlərində, yəni onun üçün xüsusi bir yer ayrılmalıdır. Həmin yerdə yanğın təhlükəsizliyinə dair bütün qaydalara riayət olunur. Yəni orada közün, açıq odun qırağa yayılmasının qarşısı alınır”.

Binalarda yaşayanların kabab sevdasına qovuşması isə o qədər də asan deyil. Burada ümumyaşayış qaydaları var. Həmin qaydalara görə eyvanda ocaq qalayıb binanı yanğın təhlükəsi ilə üzə-üzə qoymaq olmaz. Üstəlik onu yanğından qorumaq üçün əlavə tələblərə əməl edilməlidir.

Elnur Babayev – Dövlət Yanğın Nəzarəti Xidmətinin Şöbə rəisi: "Binanın mərtəbələrinin dəhlizində daxili yanğın su kranları, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları, tüstü xaricetmə klapanları quraşdırılmalıdır. Həmçinin zirzəmi sahəsində avtodayanacaq sahəsi nəzərdə tutulubsa, sadalanan tədbirlərə əlavə olaraq, həmin sahədə avtomatik yanğınsöndürmə qurğusu quraşdırılmalıdır”.

Deyilənlərə əməl edək ki, sonra gec oldu deməyək. Sonrakı peşmanlığın fayda verdiyini isə heç kim görməyib.