BolgeXeber.Com » Dünya » "Huawei" ABŞ hökumətini məhkəməyə verib

"Huawei" ABŞ hökumətini məhkəməyə verib

7-03-2019, 09:21
Oxunub: 2 701 "Huawei" ABŞ hökumətini məhkəməyə veribÇinin "Huawei" telekommunikasiya şirkəti ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldırıb

Şirkət nümayəndələri iddia edirlər ki, dövlətin bu müəssisənin avdanlıqlarından istifadə edən şirkətlərlə əməkdaşlığa qadağa qoyması qanunsuzdur.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, iddia Texas dairə məhkəməsinə verilib.

Şirkət nümayəndələri qeyd edirlər ki, ABŞ hökuməti "Huawei" məhsullarından istifadəyə qadağa üçün əsas irəli sürməyib.

Daha əvvəl "Huawei"in maliyyə direktoru Kanada hökumətini məhkəməyə verib.