BolgeXeber.Com » Dünya » Keçi bələdiyyə sədri seçildi

Keçi bələdiyyə sədri seçildi

9-03-2019, 10:54
Oxunub: 3 459 Keçi bələdiyyə sədri seçildiABŞ-ın Vermont ştatında keçi bələdiyyə sədri seçilib.

Qaynarinfo xəbər verir ki, 2500 sakini olan "Fair Haven" qəsəbəsində Linkoln adlı keçiyə "Fəxri bələdiyyə sədri" statusu verilib. Linkoln növbəti bir il ərzində qəsəbədə keçiriləcək vacib tədbirlərdə iştirak edəcək.

"Fair Haven" idarəçisi Co Qanter bildirib ki, qəsəbənin bələdiyyə sədri olmadığı üçün belə bir seçki keçirmək qərarına gəliblər.

Qeyd edək ki, seçkilərdə 16 ev heyvanı iştirak edib. Onların hər biri üçün 5 dollar iştirak pulu alınıb. Linkoln 53 səsdən 13-ünə sahib çıxaraq qalib olub.