BolgeXeber.Com » İdman » Rüstəm Qasımov dünya üçüncüsü oldu

Rüstəm Qasımov dünya üçüncüsü oldu

11-03-2019, 09:57
Oxunub: 3 465 Rüstəm Qasımov dünya üçüncüsü olduABŞ-ın Las-Veqas şəhərində keçiriləcən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi çərçivəsində körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb.

Bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, R.Qasımov 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.