BolgeXeber.Com » Gündəm » İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAM

İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAM

11-03-2019, 16:45
Oxunub: 6 711 İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAMElçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edlib.

Bu barədə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Təyinatadək AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirib.

Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsini işləyib-hazırlayıb.
İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAM