BolgeXeber.Com » Dünya » Sərnişin uşağını unutdu, təyyarə geri döndü

Sərnişin uşağını unutdu, təyyarə geri döndü

12-03-2019, 14:58
Oxunub: 4 103 Sərnişin uşağını unutdu, təyyarə geri döndüSəudiyyə Ərəbistanında südəmər körpəsini unutmuş sərnişinə görə təyyarə aeroporta geri dönüb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

İnsident Ciddə şəhərində Kral Əbdül Əziz adına beynəlxalq hava limanında qeydə alınıb.

Yerli KİV-də “Saudi Arabian Airlines” hava yolları şirkətinin komandiri ilə dispetçer arasında gedən danışıqların səs yazısı yayılıb.

Dispetçer təkrar-təkrar pilotun hansı səbəbə təyyarəni geri qaytardığını soruşub. Sonuncu isə qəzəbli şəkildə sərnişinlərdən birinin uşağını terminal binasında unutduğunu bildirib.