BolgeXeber.Com » Bölgə » Ağstafada itkin düşən qız 24 gün sonra tapıldı - Qoşulub qaçıbmış...

Ağstafada itkin düşən qız 24 gün sonra tapıldı - Qoşulub qaçıbmış...

13-03-2019, 11:59
Oxunub: 3 387 Ağstafada itkin düşən qız 24 gün sonra tapıldı - Qoşulub qaçıbmış...İtkin düşdüyü deyilən qız 24 gün sonra tapılıb

Open.az xəbər verir ki, fevralın 15-i Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini Ələkbərov Fikrət Ələkbər oğlu Ağstafa RPŞ-nə müraciət edərək 08.06.2000-ci il təvəllüdlü Ələkbərov Zülfiyyə Fikrət qızının həmin günü gecə saatlarında evdən çıxıb bir daha geri qayıtmadığı barədə məlumat verib.

Faktla bağlı Ağstafa RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-i Ələkbərova Zülfiyə Ələkbər qızının olduğu yer müəyyən edilib.

Belə ki, Z, Ələkbərova özünün könüllü razılığı ilə Tanrıverdiyev Zaminəli Hidayət oğlu ilə ailə həyatı qurmaq niyyəti ilə ona qoşulub qaçdığını bildirib. Onun heç kimdən şikayət və tələbi yoxdur.