BolgeXeber.Com » Xəbərlər » Prezident sərəncam imzaladı, nazirliyə iki milyon manat ayrıldı

Prezident sərəncam imzaladı, nazirliyə iki milyon manat ayrıldı

13-03-2019, 17:54
Oxunub: 1 552 Prezident sərəncam imzaladı, nazirliyə iki milyon manat ayrıldıPrezident İlham Əliyev “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədə görə, Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə iki milyon manat ayrılıb.