XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Çempionlar Liqası: "Barselona" və "Liverpul" 1/4 finalda

Çempionlar Liqası: "Barselona" və "Liverpul" 1/4 finalda Bu gün keçirilən 2 oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, cavab görüşləri çərçivəsindəki qarşılaşmalar Münhen və Barselonada baş tutub.

İlk qarşılaşmada qolsuz heç-heçə edən "Barselona” və "Lion” "Nou Kamp”da üz-üzə gəlib. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala böyük hesablı qələbə ilə adlayıb - 5:1.

Günün daha çox maraq kəsb edən matçında "Bavariya” "Liverpul”u qəbul edib. Almanlar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. "Liverpul"u isə 1/4 finala çıxmaq üçün istənilən hesablı bərabərlik də qane edirdi. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan rəqiblər bu dəfə 4 qol vurub və "Liverpul" qələbə qazanıb - 3:1.

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Ayaks" (Hollandiya) və "Yuventus" (İtaliya) 1/4 finala çıxıb.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

13 mart
Barselona (İspaniya) - Lion (Fransa) 5:1
Qollar: Lionel Messi, 16; 78. Filipe Koutinyo, 31. Cerard Pike, 81. Osman Dembele, 86 - Lukas Tausart, 58.
Barselona: Mark-Andre Ter Ştegen, Cerard Pike, İvan Rakitiç, Serxio Buskets, Filipe Koutinyo (Osman Dembele, 70), Artur (Arturo Vidal, 74), Luis Suarez, Lionel Messi (k), Klement Lenqlet, Jordi Alba, Serj Roberto (Nelson Semedo, 83).
Lion: Antoni Lopez (Matyu Qorgelin, 34), Ceyson Denayer, Marselo, Musa Dembele, Memfis Depay (Bertrand Traore, 73), Leo Dubois, Nabil Fekir (k), Fernando Marçal, Ferland Mendi (Maksvel Kornet, 77), Tunqay Ndombele, Lukas Tausart.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Barselona. "Nou Kamp” stadionu.



Bavariya (Almaniya) - Liverpul (İngiltərə) 1:3
Qollar: Coel Matip, 39 (avtolqol) - Sadio Mane, 26; 84. Virgil Van Diyk, 69.
Bavariya: Manuel Noyer (k), Niklas Süle, Mats Hummels, Tyaqo Alkantara, Frank Riberi (Kinqsli Koman, 61), Xavi Martinez (Leon Qoretzka, 72), Robert Levandovski, Xames Rodriges (Renato Sançes, 79), Rafinya, Serj Qnabri, David Alaba.
Liverpul: Alison Bekker, Virgil Van Diyk, Jorjinyo Vaynaldum, Ceyms Milner (Adam Lallana, 87), Roberto Firimino (Divok Origi, 83), Sadio Mane, Məhəmməd Salah, Cordan Henderson (k) (Fabinyo, 13), Endi Robertson, Coel Matip, Trent Aleksandr Arnold.
Baş hakim: Daniele Orsato (İtaliya).
Münhen. "Alyans Arena”.
Bölmə: İdman | 14 mart 2019 09:27 | Baxış sayı: 41





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: