XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötübƏmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) göstərdiyi 46 xidmətdən 41-i elektron formadadır.

Bu barədə Bolgexeber.com-a qurumdan bildirilib.

Məlumata görə, indiyə qədər fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 902 min elektron xidmət göstərilib. 2018-ci il ərzində isə elektron və onlayn xidmətlərdən istifadə edənlərin sayı 266 mindən çox olub. Statistikanın yüksək olmasının əsas səbəbi fəaliyyətdə şəffaflığın daha da artırılması, operativliyin təmin edilməsi, vətəndaş maraqlarının qorunmasıdır.

Qeyd edilməlidir ki, Komitənin təqdim etdiyi 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr sahəsi ilə bağlıdır. Bu xidmətlərin 38-si interaktiv, 3-ü isə informativ xidmətlərdir.

Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmətdən istifadə edənlərin sayı 150 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 107 mini ötüb. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu müraciət edənlərin sayı 20 minə yaxın olub.

Çıxarışların elektron qaydada almaq imkanları da vətəndaşın marağını daha da artırıb. Artıq müvafiq əməliyyatı yerinə yetirərkən çıxarışın kağız versiyasını özü ilə gətirməyə ehtiyac qalmır. Elektron çıxarışa sahib olan vətəndaşlar üçün yaradılan xidmətlə onlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar Elektron Hökumət Portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Hazırda 10 minə yaxın elektron çıxarış sahibi var.

Bundan başqa indi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. “Kadastr kalkulyatoru” vasitəsilə yaradılan bu imkanlar vətəndaşın işini xeyli rahatlaşdırıb.

Həmçinin vətəndaşın özəlləşmədə iştirakını sadələşdirən Elektron hərracın tətbiqi də investor kütləsinin artmasına imkan verib. Hərraclarda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada yerinə yetirilir. Qeyd edilməlidir ki, ümumilikdə 30-dan çox elektron hərrac keçirilib, 950-ə yaxın elektron sifariş qəbul olunub.

Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət qədər artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Göstərilən bu imkanlar adıçəkilən arayışı almaq istəyənlərin sayını 725 minə yaxın edib.

ƏMDK əmlak idarəçiliyi sahəsində göstərilən bütün xidmətləri tam olaraq elektronlaşdırmağı planlaşdırır.
Bölmə: İqtisadiyyat | 14 mart 2019 10:54 | Baxış sayı: 38





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: