XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanda "gəzən ev" ev hazırlandı - VİDEO

Azərbaycanda "gəzən ev" ev hazırlandı - VİDEOYevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev "gəzən ev" düzəldib

O, 1 otaqlı evi taxtadan və isti-soyuq keçirməyən materiallardan hazırlayıb. Evin hərəkət etməsi üçün avtomobil təkərlərindən istifadə edib.

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, usta əl işini dəmir parçaları,"Uaz" markalı avtomobilin təkərləri və taxta materialardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2 metr yarım, çəkisi 2 ton olan "Gəzən ev"in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtlarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir.



Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir.



"Gəzən ev" görənlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü, Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.

Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa "Gəzən ev"i satmaq fikirinə düşə biləcəyini deyir.

Bölmə: BÖLGƏ TV | 14 mart 2019 11:50 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: