XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi - Nənəsi xahiş etmişdi-VİDEO

Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi - Nənəsi xahiş etmişdi-VİDEOPrezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb.

Bu barədə açıqlamasında M.Zamanov özü məlumat verib.

O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyə Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:

“Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün kömək göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.

Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi:

“Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

Bölmə: Gündəm | 14 mart 2019 16:29 | Baxış sayı: 49





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: