BolgeXeber.Com » Dünya » Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb

Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb

15-03-2019, 11:17
Oxunub: 3 311 Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıbYeni Zelandiyada Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.

Baş nazir bu hadisəsinin terror aktı olduğunu bildirib.

Bundan əvvəl "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində ən azı 27 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.

İnsanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Atəş açanlardan birinin Avstraliya vətəndaşı olduğu deyilir.