BolgeXeber.Com » Ölkə » “Boinq” bu modelin istehsalını dayandırdı: AZAL isə…

“Boinq” bu modelin istehsalını dayandırdı: AZAL isə…

15-03-2019, 13:13
Oxunub: 2 919 “Boinq” bu modelin istehsalını dayandırdı: AZAL isə…Hazırda bir çox ölkələr kimi, araşdırmanın nəticəsini gözləyirik. Vəziyyətdən asılı olaraq qərar veriləcək.

Bu sözləri Axar.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Boinq” şirkətinin “737 MAKS” tipli sərnişin təyyarələrinin istehsalını dayandırması qərarından sonra Azərbaycan Hava Yolları şirkətinin 2020-ci ilə qədər 10 ədəd “Boinq-737 MAKS-8 model təyyarə alınması ilə bağlı qərarı ləğv edib-etməyəcəyi barədə danışarkən deyib.

P.Kəsəmənskinin sözlərinə görə, vəziyyət tam aydın olmalıdır ki, AZAL da buna əsasən addım atsın:

“Əksər dünya ölkələrinin bu təyyarələrin istifadəsindən imtinası başadüşüləndir. Ancaq bizdə hazırda bu təyyarələrdən yoxdur. Biz sadəcə “Boinq”lə müqavilə bağlamışıq. Hazırda araşdırmanın nəticəsini gözləyirik. Vəziyyətdən asılı olaraq qərar veriləcək”.

Xatırladaq ki, “Boinq” şirkəti “737 MAKS” tipli sərnişin təyyarələrinin tədarükünü dayandırmaq barədə qərar qəbul edib.

Şirkət ABŞ və bir sıra Avropa ölkələrinin hava məkanlarını bu tip təyyarələr üçün qapalı elan etməsindən sonra belə addım atıb.

AZAL ilə “Boinq” arasında bu model 10 təyyarənin alınması ilə bağlı müqavilə var.