BolgeXeber.Com » Xəbərlər » Afətin mahnısına görə işdən qovulan tibb işçiləri ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

Afətin mahnısına görə işdən qovulan tibb işçiləri ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

15-03-2019, 09:48
Oxunub: 1 462 Afətin mahnısına görə işdən qovulan tibb işçiləri ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMAŞəki Şəhər Mərkəzi Xəstəxanasında işləyən 2-si tibb bacısı olmaqla 3 təmizlik işçisi Afət Fərmanqızının ifa etdiyi “Pəncü şeş” mahnısını oxuduqları üçün işdən azad ediliblər

Open.az xəbər verir ki, səbəb sosial şəbəkələrdə yayılan bu videonun xəstəxana rəhbərliyinin narazılığına səbəb olmasıdır .

Hadisədən sonra prodüser-aparıcı Tarix Əliyev (Tolik) işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayıb.
O, bu barədə öz "Instagram" səhifəsində məlumat verib.
Tibb bacısı baş verən hadisəni təsdiq edib: “Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi. Biz hərəmiz bir ailəni dolandırırıq. Nə qədər ağlayıb, yalvarsaq da xeyiri olmadı. Bizi işdən qovdu".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Open.az-a bildirilib ki, hüquqi dövlətdə yaşayırıq: "Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, o halda məhkəməyə müraciət etsinlər".