BolgeXeber.Com » Sosial » Çoxmənzilli binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil edilmir - PA rəsmisi
Çoxmənzilli binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil edilmir - PA rəsmisi
15-03-2019, 17:47
Oxunub: 3 341
Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir. Amma həyət evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.
F.Mustafayevin sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib:
"Təbii ki, bu məsələnin həll edilməsi lazımdır. Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev fərmanlar verir. Düşünürəm ki, yaxın zamanlarda məsələnin həlli ilə bağlı işçi qrup yaradılacaq. Yəqin ki, aidiyyatı üzrə bununla da bağlı tapşırıqlar veriləcək".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər