Fazil Məmmədovun hoteli əlindən alındı: - Məşhur obyektin artıq yeni sahibi var
16-03-2019, 11:59
Oxunub: 2 440
Bakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa” hotelinin mülkiyyətçisi dəyişib.
Məlumata görə, sözügedən hotel “PMD Hospitality” şirkətinin mülkyyətinə keçib.
2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib. “Excelsior Hotel”in mülkiyyətçisinin dəyişməsi barədə məlumatı Fins.az-a hoteldən təsdiqləyiblər.
Xatırladaq ki, “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.
Məlumat üçün bildirək ki, hotel sabiq vergilər naziri Fazil Məmmədova məxsus olub. Nazir vəzifəsini itirdikdən sonra hotel ondan alınıb və yeni mülkiyyətçisinə təhvil verilib.
Cebhe.info-ya daxil olan məlumata görə, hotelin sabiq nazirdən alınması oradakı iş mühitinə və əməkdaşlara da təsirsiz ötüşməyib. Belə ki, əməkdaşlara hotelin Fazil Məmmədovdan alındığı elan edilib. Bundan sonra yeni mülkiyyətçi hotelin bir qrup əməkdaşını yenisi ilə əvəzləyib.
Uzun müddət hoteldə işləyən və Fazil Məmmədovun komandası kimi tanınan şəxslərlə yanaşı, bəzi sıravi əməkdaşlarla da birgə fəaliyyətə son qoyulub.
Fazil Məmmədov 2017-ci il 5 dekabrında Prezident Sərəncamı ilə vəzifədən azad edilib və onu bu vəzifədə Mikayıl Cabbarov əvəzləyib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər