XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Akademik Musiqili Teatrda həftəsonu

Akademik Musiqili Teatrda həftəsonuAzərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.
Balaca teatr həvəskarları martın 17-də saat 12:00-da “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili nağıl-tamaşasına baxa biləcəklər.
Qeyd edək ki, “Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar – Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Atəş Qarayev, Nərmin Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Roman Krasnov, Murad Əliyev, Əli Kərimov, Tofiq Həsənov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.
Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
Bölmə: Mədəniyyət | 15 mart 2019 12:38 | Baxış sayı: 14





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: