XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Fəzail Ağamalı: Ölkə başçısı məhkəmə sistemində islahatların anonsunu verdi

Fəzail Ağamalı: Ölkə başçısı məhkəmə sistemində islahatların anonsunu verdi2018-ci ilin 11 aprel tarixli növbədənkənar prezident seçkilərindən, Azərbaycan seçicilərinin ölkə başçısı İlham Əliyevə növbəti dəfə etimad göstərməsindən, ona daha yeddi illik müddətə mandat verməsindən sonra Azərbaycanda bütün sahələrdə islahatlar, o cümlədən, struktur islahatları daha geniş vüsət aldı.

Ölkədə islahatlar prosesinin yeni mərhələsinə qədəm qoyuldu. Təsadüfi deyil ki, prezident İlham Əliyev ötən bir ili ölkədə dərin islahatlar ili kimi dəyərləndirdi.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

“Artıq islahaların hansı xarakter daşıdığını, necə vüsət aldığını da hər kəs görür, bilir.

Onu da qeyd edim ki, istər Ulu Öndər Heydər Əliyevin dövründə, istərsə İlham Əliyevin hakimiyyəti dönəmində digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar aparılıb.

Bunun müsbət nəticələri də ortadadır.

Demək olmaz ki, bu sahədə islahatlar getməyib. Ancaq hesab edirəm ki, bu sahədə də islahatların genişləndirilməsinə, dərinləşdirilməsinə, sürətləndirilməsinə ehtiyac var”, - deyən millət vəkili xatırladıb ki, ölkə prezidenti özü də bu yaxınlarda etdiyi çıxışlardan birində qarşıdakı dönəmdə məhkəmə-hüquq sistemində ciddi islahatların aparılmasının vacibliyini önə çəkərək, bu sahədə islahatların anonsunu verib:

“İndi bu islahatlar haqqında ölkə prezidentinin verəcəyi konkret fərman və sərəncamları gözləyirik.

Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var və biz yaxın günlərdə bu istiqamətdə atılan konkret addımları görəcəyik”.

Millət vəkili aparılacaq islahatlarla bağlı onu da qeyd edib ki, rayon mərkəzlərində, ümumiyyətlə, ölkənin bütün regionlarında vəkillik institutunun yaranmasına böyük ehtiyac var:

“Azərbaycanda vəkillərin sayı istənilən qədər deyil, azdır.

Onların sayının artırılmasına ehtiyac duyulur.

Çünki məhkəmə-hüquq sistemində vəkillik təsisatı son dərəcədə önəmli bir məsələdir. Eyni zamanda, məhkəmələrin tam müstəqilləşməsi və məhkəmə sistemində korrupsiyanın tamamilə aradan qaldırılmasına ciddi ehtiyac var.

Etiraf etmək lazımdır və həqiqəti də gizlətməyə ehtiyac yoxdur ki, bu gün məhkəmə sistemində vicdanla işləyən, öz təmiz imicini qoruyub saxlayan, qanunun aliliyinə hörmət edən hakimlərimizlə bərabər, bütün bunların əksinə olan, öz koprorativ maraqlarını düşünən, neqativ hallara yol verən hakimlər də var.

Bununla bağlı Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının da zaman-zaman atdığı addımların şahidiyik. Elə bugünlərdə Zaqatala ilə bağlı bu yöndə cinayət işi qaldırılıb.

Ona görə düşünürəm və hesab edirəm ki, məhkəmələrdə baş verən neqativ hallara artıq son qoymaq lazımdır və bunun üçün də məhkəmə-hüquq sistemində daha ciddi və yeni islahtların aparılması vacibdir. Tamamilə əminəm ki, bir çox sahələrdə tam şəffaflığın təmin olunduğu, koorrupsiya hallarının sıfırlandığı bir reallıqda biz bunu həm də yaxın gələcəkdə məhkəmə-hüquq sistemində görəcəyik.

Yəni, ölkə prezidentinin islahatlarla bağlı atacağı addımlar bizim bu yöndə düşündüklərimizi və bütövlükdə cəmiyyətin düşündüklərini reallaşdıracaq.

Məhkəmələr tam şəkildə qanunun aliliyinə riayət edərək, neqativ hallardan uzaq və heç bir məmurun tapşırığına qulaq asmayan bir ədalət instansiyasına çevriləcək. Biz bunun arzusundayıq”.

F. Ağamalı ehtiyac olacağı təqdirdə, məhkəmə-hüquq islahatları ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi yönündə addımların atılmasını da istisna etməyib.

“Qeyd edim ki, bu yöndə də artıq kifayət qədər qanunvericilik bazası formalaşdırılıb, çoxsaylı hüquq-normativ aktlar mövcuddur.

Bunların təkmilləşməsi prosesi də zaman-zaman aparılır. Mən heç şübhə etmirəm ki, ölkə prezidentinin müvafiq addımları, yəni, islahatların keçirilməsi və sürətləndirilməsi ilə bağlı imzalayacağı sənədlər bu istiqamətdə mövcud qanunların dəyişdirilməsinə, onlara əlavə və dəyişikliklərin edilməsinə də gətirib çıxara bilər və çıxaracaq.

Həmçinin, qeyd edim ki, bir müddət öncə parlamentdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirələrdən keçirildi, qəbul edildi.

Bununla yanaşı, elə bu günlərdə üzvü olduğum komitəyə ölkə prezidentinin imzası ilə daxil olan “Mediasiya haqqında” qanun layihəsinin ilkin variantının müzakirələri aparıldı.

Bunlar özü də, hesab edirəm ki, məhkəmə-hüquq sistemində işlərin daha effektli təşkil edilməsinə xidmət edəcək sənədlərdir”, - deyə, F. Ağamalı sonda sözlərinə əlavə edib.
Bölmə: Müsahibə-Reportaj | 16 mart 2019 14:16 | Baxış sayı: 60





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: