BolgeXeber.Com » Xəbərlər » Azərbaycandan Ermənistana keçən şəxs ruhi əsəb xəstəsidir - RƏSMİ

Azərbaycandan Ermənistana keçən şəxs ruhi əsəb xəstəsidir - RƏSMİ

16-03-2019, 14:28
Oxunub: 2 035 Azərbaycandan Ermənistana keçən şəxs ruhi əsəb xəstəsidir - RƏSMİErmənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.