BolgeXeber.Com » Şou-Biznes » Aysel Əlizadənin dəb-dəbəli həyatı: Villası, brilyantları, geyimləri...

Aysel Əlizadənin dəb-dəbəli həyatı: Villası, brilyantları, geyimləri...

16-03-2019, 16:14
Oxunub: 4 348 Aysel Əlizadənin dəb-dəbəli həyatı: Villası, brilyantları, geyimləri...Son günlər ailə dağıtdığı iddiaları ilə mətbuatın gündəmindən düşməyən müğənni Aysel Əlizadənin dəb-dəbəli villasından görüntülər yayılıb

AzNews.az xəbər verir ki, kadrlar ötən il "Evdəkilərə salam" verilişi müğənninin evində olan zaman çəkilib. Verilişdə müğənni dəb-dəbəli yaşamağı sevdiyini və hər şeyin ən bahalısını etdiyini söyləyib. Verilişin aparıcısına evi gəzdirən Aysel Əlizadə brilyantlarını bu villada saxlamadığını söyləyib. O, bahalı geyimlərini və ətirlərini də nümayiş etdirib. Bundan əlavə o, dəb-dəbəyə önəm verdiyi üçün tez-tez bədnəzərə gəldiyini də əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Səni axtarıram" verilişinə çıxan qadın 13 illik ərinin ona Aysellə xəyanət etdiyini bildirib.
Qadının sözlərinə görə, həyat yoldaşı Ayseli sevdiyi üçün bir qızını da əlindən alaraq ondan boşanıb.
Həmin görüntüləri sizə təqdim edirik: