XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Nazpəri İlhamə ilə Zauru yuyub-sərdi - “Şərqin Nazlı Pərisi”

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanın ATV telekanalındakı “Ümid var” verilişində onun haqda səsləndirdiyi fikirlərə sərt reaksiya verib. N. Dostəliyevanın məsələ ilə bağlı “Qafqazinfo”ya verdiyi açıqlamanı olduğu kimi təqdim edirik:
“ATV kanalının “Ümid var” verilişinin ayın 20-də canlı yayımda baş verənlərdən çox təəssüf hissi keçirirəm. Təəssüf edirəm ki, mən də telefon vasitəsi ilə olsa da həmin verilişi şərəfləndirdim.
Çünki, orada baş verənlər nə bizim mentalitetə, nə də KİV-də yayımlamağa, yumşaq dildə desək layiq olanlardır.
Əvvəla bir məsələyə aydınlıq gətirim ki, mən heç vaxt İlhaməyə zəng etməmişəm, heç belə niyyətim də olmayıb. Əvvəllər də qeyd etdiyim kimi, mən ümumiyyətlə onun telefon nömrəsini bilmirdim, çünki mənə lazım da deyildi.
Ancaq son günlər, xüsusi ilə son bir həftə ərzində İlhamənin canl efirdən özünün mətbuat katibi və köməkçisi kimi adlarını çəkdiyi şəxslər (Bu da onun növbəti yalanıdır, əksini isbat etmək üçün əmək müqaviılələrini təqdim etisn) və verilişin aparıcısı Zaur Baxşəliyev öz mobil telefonlarından dəfələrlə mənə zəng edib, İlhamə ilə barışmağımı xahiş ediblər. Mən də həmin şəxslərə öz etirazımı bildirmişəm. Bundan sonra İlhamə özü mənə zəng edib üzürxahlıq edərək anasının ildönümünə dəvət edib. Lazım gələrsə mobil operatorlardan kimin kimə zəng etdiyini müəyyənləşdirmək olar.
Daha sonra Zaur Baxşəliyev məni canlı efirdə iştiraka dəvət etsə də, mən məlum səbəblərdən dünən verilişdə iştirakdan imtina etdim. Ancaq Zaura bildirdim ki, əgər İlhamə canlı efirdə məndən üzr istəsə onun günahlarını bağışlayaram. İndi də başa düşürəm ki, düz eləmişəm ki, canlı efirdə iştriak etməmişəm. Çünki orada baş verənlərə, İlhamənin dəfələrlə həm fikrini dəyişməsinə, həm də işlətdiyi jarqon ifadələrə Ağacəbrayıl kimi bir sənətkarın və şəxsiyyətin sözünü kobudcasına kəsməsi, aparıcının qeyr-səmiliyinə dözmək asan məsələ deyil.
Bundan başqa, həm İlhamənin, həm də onun vəkilinin (bu xüsusi ilə vəkil üçün acınacaqlı və gülüncdür) mənim şəxsi həyatıma növbəti dəfə müdaxilə etmələri də bağışlanmazdır. Aparıcı isə hər vasitələrlə bunlara şərait yaratmaqla öz əsl simasını göstərdi.
Hesab edirəm ki, bu cür hallar nə bizlərə, nə KİV-ə, nə də ümumiyyətlə xalqımıza və dövlətimizə başucalığı gətirmir. Hamını əmin edirəm ki, günahkar şəxslərin hər biri öz layiq olduqlarına çatacaqlar”.

Bölmə: Şou-Biznes | 22 mart 2013 11:05





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: