BolgeXeber.Com » Bölgə » Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib-Tərtərdə

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib-Tərtərdə

18-03-2019, 09:40
Oxunub: 4 989 Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib-TərtərdəMartın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib

“Açıq qapı günü”ndə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Milli bayramımız-Novruz münasibəti ilə təbrik edib, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırıb. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edilib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.
Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyük olduğunu vurğulayıb.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon rəhbəri general mayor Hikimət Həsənovla birlikdə Novruz tonqalını alovlandırıb. Müxtəlif oyunlar - dirədöymə, kəndirdartma, zorxana, xoruz döyüşdürmə əsgərlər tərəfindən maraqla qarşılanıb. Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib, əsgərlərə bayram sovqatı paylanıb, xidmətdə fərqlənən hərbçilərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib.
Bolgexeber.com