Afətin mahnısına görə işdən çıxarılan tibb işçilərindən yeni VİDEO
18-03-2019, 15:10
Oxunub: 4 510
Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, onlardan ikisinin "Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.
Tibb işçiləri məsələ ilə bağlı televiziyalara və aparıcı Tarix Əliyevə müraciət edib. Tarix Əliyev mövzu ilə bağlı özünün sosial hesabından paylaşım edərək onları müdafiə edib.
Xatırladaq ki, daha əvvəl yayılan videoda yer alan tibb işçilərindən biri, görüntülərin nahar vaxtı çəkildiyini qeyd etsə də, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi açıqlamasında videonun iş saatları çərçivəsində xəstəxananın cərrahi blokunda qeydə alındığını bildirmişdi.
Onu da əlavə edək ki, hüquqşünaslar Əmək Qanunvericiliyinə əsasən, sözügedən görüntülərdə heç bir qanun pozuntusu qeydə alınmadığı üçün, şəxslərin işdən azad edilməsi üçün səbəb olmadığını deyib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə