XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir

“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilirƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi, investisiyaların cəlb edilməsi, o cümlədən fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı istiqamətində ardıcıl tədbirlər görülür

Belə olan halda respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.
Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a bildirilib ki,bu məqsədlə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Komitə “Bakı Fəhləsi maşınqayırma zavodu” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edib.

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir.

Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdənn 60 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin? öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını, 30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 aprel 2019-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Komitəsinin ünvanında (Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 26 aprel 2019-cu il, saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir
“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir
Bölmə: İqtisadiyyat | 18 mart 2019 20:08 | Baxış sayı: 47





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: