XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Hacıqabul rayonunda “Novruz” şənliyi qeyd olunur-FOTO

Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTOÇox qədim tarixə malik olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur

Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir…Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

Bu gün, yəni 19.03.2019-cu il tarixində Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Ətraf başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. Çörək bişirən qadınlar, idman edən uşaqlar, pəvləvanlar, çiyabaz, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.İcra Hakimiyyətinin başçısı idmançıların müşayəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdilər.Tədbirdə müğənnilər Şəhla Əhmədova, Gülyaz və Gülyanaq bacıları, Zakir Saniyev şən musiqilərlə bayrama gözəllik qatdılar. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.
Bolgexeber.com
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Hacıqabul rayonunda “Novruz” şənliyi  qeyd olunur-FOTO
Bölmə: Bölgə | 19 mart 2019 15:07 | Baxış sayı: 88





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: