BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

27-03-2019, 08:52
Oxunub: 2 356 Azərbaycan nefti bahalaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 25-də 68,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Bolgexeber.com xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,01 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.