BolgeXeber.Com » Dünya » Nadir xəstəliyə görə sutkada 22 saat yatır - MARAQLI

Nadir xəstəliyə görə sutkada 22 saat yatır - MARAQLI

27-03-2019, 12:48
Oxunub: 3 330 Nadir xəstəliyə görə sutkada 22 saat yatır - MARAQLIBöyük Britaniyanın Lester şəhərində yaşayan 21 yaşlı Roda Rodriqez Diaz sutkada 22 saat yatır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb milyonda bir insanda tapılan nadir Kleyn-Levin xəstəliydir. Nadir xəstəlik səbəbindən Diaz həyatın onun yanından keçməsindən gileylənir.

“Bütöv həftə yatdığımı anlayanda real həyatın yanımdan keçditini anlayıram”-deyə tələbə qız gileylənib. Onun sözlərinə görə, ən uzunmüddətli yuxusu 3 həftə davam edib.



2018-ci ildə kurs işini vaxtında yazmadığı üçün və imtahanlara girmədiyi üçün universitetdən qovulan Diaz xəstəliyi ilə bağlı rəsmi diaqnozu göstərdikdən sonra “xüsusi qız” kimi yenidən ali məktəbə qəbul edilib.

Adətən, Kleyn-Levin sindromu yaxud yatmış gözəl xəstəliyi yeniyetməlik vaxtı müşahidə olunur və milyonda bir rast gəlinir.