XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bakı Metropoliteni” “qış yuxusundan” ayılmır - İTTİHAM

“Bakı Metropoliteni” “qış yuxusundan” ayılmır - İTTİHAMQatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Abdullayev, maşinist, Qarabağ veteranı Asif Rzayev və maşinist Fikrət Şıxaliyev metropoliten rəhbərliyinə qarşı kifayət qədər sərt ittihamlar səsləndirmişdilər

Martın 12-də “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildirmişdilər

Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Abdullayev, maşinist, Qarabağ veteranı Asif Rzayev və maşinist Fikrət Şıxaliyev metropoliten rəhbərliyinə qarşı kifayət qədər sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmişdilər. Həmçinin qeyd etmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir.

Onların sözlərinə görə, maşinistlərin sayının az olması səbəbindən işçilər gecə 3-4 radələrində işə gəlməli olurlar. Yuxulu halda qatarı idarə etdikləri üçün tez-tez stansiyaları keçib, sərnişinlər üçün çətin vəziyyət yaradırlar. Bu kimi xeyli ittihamlar səsləndirildi. Lakin bütün bunlara hələ də “Bakı Metropoliteni” QSC cavab vermir. Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinə dəfələrlə müraciət etsək də, cavab ala bilməmişik.

Metropoliten rəhbərliyi cavab verməsə də maşinistlərdən təhlükəsizlik qaydalarının pozulması ilə bağlı daha bir məlumat almışıq. Belə ki, “Yeni Müsavat”a bildirilib ki, bayram günlərində metronun “İçərişəhər” stansiyasında nümayiş etdirilən köhnə qatarlarda təhlükəsizlik qaydalarına əməl edilməyib:

“1934-cü il istehsalı olan qatar nümayiş olunurdu. Sərnişinlər bu qatarın içərisinə daxil olub, şəkil çəkdirirdilər. Qatarın qapıları əl ilə açılır. Hava olmadığı üçün qatarın qapılarını dartmaqla açmaq mümkün idi. Platforma ilə yanaşı, divar tərəfdən də qapılar açılırdı. Uşaqlar bu qapıları açıb, tunelə baxırdılar. Onlardan hansısa tunelə yıxılsaydı, ölüm hadisəsi baş verərdi. Divar tərəfdən qapıları bağlamaq texniki baxımdan mümkündür. Lakin bunu etməmişdilər. Bu, xırda məsələ ola bilər. Ancaq bu hadisə də göstərir ki, metroda təhlükəsizlik qaydalarına məhəl qoyan yoxdur”.

Qayıdaq “Bakı Metropoliteni” QSC-nin sorğuya cavab verməməsi məsələsinə. Məlumdur ki, günümüzdə tez-tez müxtəlif dövlət qurumlarının medianın sorğusuna cavab vermədiyinin, məmurların görülən işlə bağlı ictimaiyyəti məlumatlandırmadığının şahidi oluruq. Təbii ki, ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması baxımından jurnalistlərin rolu cəmiyyətdə əvəzedilməzdir. Jurnalistikanın funksiyalarından biri də ictimai nəzarətdir. Jurnalistlər hər gün hansısa məlumatı qısa müddət ərzində dəqiqləşdirib, ictimaiyyətə çatdırmağa çalışırlar. Lakin bu hadisədən də göründüyü kimi, bəzi qurumlar jurnalistlərin sorğusuna cavab vermirlər, hətta hesabat əvəzinə, acı, az qala borclu çıxaran cavablar verirlər. Hansı ki, hesabatlılıq, şəffaflıq qanunun tələbi və ölkə rəhbərliyinin daim çağırış etdiyi məsələdir...

Eləcə də bütün bunlar qanunvericilikdə də öz əksini tapıb. Sorğusuna cavab ala bilməyən jurnalist həmin qurumu, şəxsi məhkəməyə belə verə bilər. Faktlarla göstərsək qeyd edə bilərik ki, İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində bütün nəzərdə tutulan məsələlər öz əksini tapıb. Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalistin sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edilir. Maddənin ikinci hissəsində isə göstərilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Hüquqşünaslar da bildirirlər ki, informasiya sorğusuna, suala cavab verilmədiyi halda jurnalist məhkəməyə müraciət edə bilər. Çünki məmur jurnalistin sorğusuna cavab verməlidir. Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, əgər məmur jurnalistin sualına cavab verməyibsə, İnzibati İqtisad Məhkəməsinə müraciət edib, məhkəmə qərarı ilə cavabvermə öhdəliyini onun boynuna qoydurmaq olar. Hüquqşünasın sözlərinə görə, məhkəmə qərarını icra etmədiyi halda, artıq onun barəsində cinayət işi qaldırtmaq olar.
Bölmə: Gündəm | 28 mart 2019 10:00 | Baxış sayı: 253





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: