BolgeXeber.Com » Siyasət » Quaydo Maduronun devriləcəyi tarixi elan etdi

Quaydo Maduronun devriləcəyi tarixi elan etdi

28-03-2019, 11:51
Oxunub: 2 583 Quaydo Maduronun devriləcəyi tarixi elan etdiVenesuelanın müxalifət lideri Xuan Quaydo Maduro hökumətinin devrilməsi üçün “Azadlıq” əməliyyatı çərçivəsində aprelin 6-da bir sıra taktiki addımların atılacağını elan edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Həmin gün artıq yardım və azadlıq komitələri tam formalaşmış vəziyyətdə olmalıdır, biz hazırlıqlı və yaxşı təşkilatlanmış olmalıyıq”, - deyə X.Quaydo öz hesabında yazıb.

Başqa bir “tvit”ində isə Qauydo venesuelalıları martın 30-da küçələrə axışaraq hakimiyyətin qəsb edilməsinə və sosial qarantların olmamasına etiraz etməyə çağırıb.

“Rejim bizim faciəyə öyrəşməyimizi istəyir, ancaq öz hüquqlarının təmin olunmasını istəyən insanlar var”, - deyə müxalif lider yazıb.

Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.