BolgeXeber.Com » Siyasət » Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib
28-03-2019, 15:32
Oxunub: 3 796
Martın 28-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Rayon rəhbəri bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.
Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi 2019-cu ilin yanvar ayının 15-dən indiyədək atəşkəs rejimi 86 dəfə pozulub. Ötən monitorinqin keçirildiyi istiqamətdə əsasən rayonun Həsənqaya, Qapanlı və Qazyan kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ətraflı məlumat üçün təşəkkür ediblər.
Monitroinq insidentsiz başa çatıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər