BolgeXeber.Com » Bölgə » Zərdab rayon Dövlət Yol polisi bölməsinin rəisi işdən çıxarılıb

Zərdab rayon Dövlət Yol polisi bölməsinin rəisi işdən çıxarılıb

29-03-2019, 09:46
Oxunub: 4 500 Zərdab rayon Dövlət Yol polisi bölməsinin rəisi işdən çıxarılıbZərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumatına görə, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.