XƏBƏR LENTİ
Navalnı azad edildi
23 avqust 12:23
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Aysel ərimlə eyni evdə yaşayırdı" - Turanə - VİDEO

"Aysel ərimlə eyni evdə yaşayırdı" - Turanə - VİDEO13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını iddia edən Turanə Nəcəfli ilə bağlı yeni məlumat var.

Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində bildirib ki, iş adamı Elçin Nəcəfli verdiyi sözü tutmayıb:

"Qızlarını Turanəyə təhvil versin, onların tərbiyəsi, təhsili, sağlamlığı ilə məşğul olur. Uşaqların eyni məktəbdə oxumasına imkan yaradır. Turanəni yeni tikilidə dördotaqlı evlə təmin etməlidir. Bunları Elçinlə danışmışdıq, kağız üzərinə töküb, göndərdim. Yəni özünə yox, onun üçün xahiş edən insanlara. Amma mən bunu imzalamağa Elçini tapa bilmirəm".

Turanə isə Aysel və ərinin münasibəti ilə bağlı məqamlar açıb:

"Mənim ailəmi Aysel dağıdıb. Onu öz evimdə də görmüşəm. 2016-cı ilin dekabrında Ayseli Elçin evimə gətirdi. Məni saymadan qapını açıb girmişdi evə. Hətta Aysel gəlməzdən əvvəl yoldaşımın telefonundan qızıma səsli mesajlar atırdı. Onun kim olduğunu soruşmağa heç mənə imkan vermirdi. Elçin mənə deyirdi ki, səni istəmirəm, Ayseli sevirəm. Atası da bilirdi bunu. Hətta atası mənə dedi ki, sən getməlisən, kimi sevir gətirsin. 6 ay dözdüm. Hər gün saat 9-da Aysel ərimin nömrəsiylə qızıma zəng vururdu. Ərimlə Aysel bir evdə qalırdı. Saray qəsəbəsindəki bağda Aysellə yaşayırdı. İki ay sonra dedi ki, sənə görə niyə narahat qalım? Çıx get, biz burada yaşayaq".


Bölmə: Şou-Biznes | 29 mart 2019 12:13 | Baxış sayı: 90





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: